Rusiya ilə Gürcüstan arasında taun qalmaqalı
2 İyun 2013 11:20 (UTC+04:00)
Rusiya Gürcüstanı taun təxribatından ittiham edir. Rusiyanın baş sanitar həkimi Gennadi Onişenko bildirib ki, ölkədə donuzlar arasında Afrika taununun yayılmasına səbəb Gürcüstandan planlaşdırılan iqtisadi təxribatla bağlıdır.
2008-ci ildə Rusiyaya Afrika taunu nəticəsində 2 milyard rubl ziyan dəyib, 400 min baş donuz məhv edilib: "Bu şübhəsiz ki, Gürcüstanın ərazisindən həyata keçirilib. Bu təsadüfi deyil, planlaşdırılan hadisədir.
Gürcüstan tərəfi isə ölkədə həmin müddətdə Afrika taununun olmadığını əsas gətirərək bunu mümkünsüz adlandırıb.
Elnarə
AzNews.az