Yasamalda çoxmərtəbəli binada yanğın olub

31 İyul 2020 18:46 (UTC+04:00)

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a bildirilib ki, qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.