Almaniyada ticarət mərkəzinə hücum olub

31 İyul 2020 20:38 (UTC+04:00)

Almaniyanın paytaxtı Berlində naməlum şəxslər ticarət mərkəzinə hücum edib.

AzNews.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Hadisə nəticəsində 11 nəfər yaralanıb.

“Berlinin Krosberq rayonunda çoxlu sayda xəsarət alan var. Biz Xermannplasdakı Xazelhayd ticarət kompleksindəyik”, - Almaniya paytaxtının Xilasetmə Xidmətinin “Twitter” səhifəsində bildirilib.

Xidmət bunu qarətə cəhd hesab edir. Hücum zamanı qaz balonundan istifadə edilib.

Polisdən “Xermannplas” metro stansiyasının bağlandığı bildirilib.