Braziliyanın birinci xanımı koronavirusa yoluxub

31 İyul 2020 22:56 (UTC+04:00)

Braziliya prezidenti Jair Bolsonarunun xanımı Mişel Bolsonaru koronavirusa yoluxub.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

"Mişel Bolsonaru cümə axşamı - 30 iyulda koronavirus analizi verdi, hansının ki, nəticəsi müsbət oldu", - xəbərdə deyilir.

Onun vəziyyəti normal qiymətləndirilir. Qeyd edilir ki, Braziliyanın birinci xanımı sanitar tələblərə riayət edəcək.

"Birinci xanım Prezident Administrasiyasının tibb personalının müşahidəsi altında olacaq", - mətbuat xidməti qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Braziliya Prezidenti özü də koronavirusa yoluxub.