Dənizdə batan 2 nəfərdən birinin cəsədi tapıldı

1 Avqust 2020 14:19 (UTC+04:00)

Ötən gün Sumqayıtda dənizdə batan iki nəfərdən birinin cəsədi tapılıb.

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.