Rusiyada sutkada 5 mindən çox yoluxma

1 Avqust 2020 17:50 (UTC+04:00)

Rusiyada son sutka ərzində daha 5 462 nəfərdə koronavirus aşkarlanıb, 95 xəstə vəfat edib.

AzNews.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 845 443-ə, bu virusdan ölənlərin sayı isə 14 058-ə yüksəlib.

Bundan əlavə, indiyədək 646 524 nəfər sağalıb. Ölkədə 184 861 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağırdır.