Aynur Talıbova ana oldu - Nikahsız?

2 İyun 2013 10:48 (UTC+04:00)

Tanınmış telejurnalist Aynur Talıbova ana olub. Bu barədə məlumatı o, öz facebook səhifəsində yazıb. Bu xəbəri onunla əlaqə saxlayan əməkdaşımıza təsdiqləyib, hazırda xəstəxanada olduğunu bildirib.
Maraqlıdır ki, Aynur Talıbova heç kimlə rəsmi nikahda deyil, onun evlənməsi barədə hər hansı məlumat yoxdur. Eləysə, uşağın atasının kim olması sualı doğur.
Talıbovanın facebook səhifəsini incələyəndə məlum olur ki, uşağın atası Simran Baxışov adlı bir şəxsdir. Telejurnalist öz səhifəsində onunla "münasibətdə" olduğunu yazır. Eyni zamanda Simran Baxşıyev də öz facebook səhifəsində məhz "münasibətdə" olduğunu qeyd edib. Onların bir yerdə çoxlu fotoları var.
Simran Baxşiyev 1990-cı il təvəllüdlüdür. Bakı Dövlət Universitetinin psixologiya fakültəsini bitirib. Məşhur hotellərdən birində menecer işləyir.
Qeyd edək ki, 1976–cı il təvəllüdlü Aynur Talıbova hazırda "Xəzər" televiziyasında çalışır.

Xəyal
AzNews.az