İraqın şimalında 6 terrorçu zərərsizləşdirildi

1 Avqust 2020 22:27 (UTC+04:00)

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) və Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə əməliyyatı nəticəsində İraqın şimalındakı PKK terrorçuları zərərsizləşdirilib.

AzNews.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə HHQ və MİT-in birgə əməliyyatlarında İraqın şimalındakı Qara rayonunda altı PKK terrorçusu zərərsizləşdirilib. Terrorçular Türkiyə HHQ-nin zərbəsi nəticəsində zərərsizləşdirilib”, - məlumatda deyilir.