Türkiyədə koronavirusla bağlı son vəziyyət

1 Avqust 2020 22:46 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 19 nəfər ölüb, 996 yeni yoluxma faktı qeydə alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 5 710-na, yoluxanların sayı isə 231 869-a yüksəlib.

981 xəstə sağalıb. Ümumi sağalanların sayı 215 516 nəfərdir.