ABŞ konqresinin kəşfiyyatdan Qarabağ tələbi - XÜSUSİ ŞƏRH

1 Avqust 2020 23:14 (UTC+04:00)

Bu gün erməni lobbisinin konqresdə əsas ruporu konqresmen Adam Şiff tərəfində ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinə Milli Kəşfiyyat direktorunun (DNİ) Ermənistan və Azərbaycan arasındakı gərginliyə, o cümlədən tərəflərin Dağlıq Qarabağın statusuna münasibətinə qiymət verməsini nəzərdə tutan qanun layihəsi təklif edib.

Sənəd ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul olunarsa Senatla da razılaşdırılmalıdır.

Heç bir dəyişiklik təqdim edilmədən eyni məzmunda həm Konqresdən, həm də Senatdan keçəcəyi halda qanun layihəsi daha sonra Prezidnet Tramp tərəfindən imzalanmalıdır və bundan sonra qanun qüvvəyə minəcək.

Məlumat üçün deyim ki, təqdim olunan sənəd ABŞ kəşfiyyat şurasının siyasətini müəyyən edən kəşfiyyat haqqında qanunun bir hissəsi kimi təqdim olunub. Qəbul olunacağı halda milli kəşfiyyat rəhbəri qanunun qəbulundan sonra ən gec 90 gün ərzində Dağlıq Qarabağ konfliktinin açıq və qapalı qiymətləndirməsini konqresmenlərə təqdim etməlidir.

Kongresmenlərə təqdim olunacaq Daqlıq Qarabağ münaqişəsinin açıq və qapalı qiymətləndirməsi aşağıdakı dəyərləndirmə əsasında həyata keçirililəcək:

- ABŞ-ın və onun tərəfdaşlarının Ermənistan-Azərbaycan regionunda strateji maraqlarının müəyyən edilməsi;

- Dağlıq Qarabağ bölğəsi, ətraf 7 rayonda, həmçinin Ermənistan və Azərbaycan arasındakı sərhəddə 2020-ci il ərzində baş verən bütün əhəmiyyətli güc tətbiqi faktları təsviri edilməli, güc tətbiqinin təşəbbüskarı müəyyənləşdirilməli ilə bu gücün miqyası qiymətləndirməlidir;

- ABŞ-ın konfliktin tərəfləri Azərbaycana və Ermənistana hərbi yardımının qüvvələrin regional tarazlığına təsiri və tərəflərin hərbi qüvvədən istifadə ehtimalı araşdırılmalıdır;

- Yaxın və orta müddətli prespektivdə regionda güc tətbiqi və ya potensial olaraq sabitliyi pozan əməllər ehtimalının qiymətləndirilməsi;

Qeyd edim ki, qanun layihəsi qanunvericilik prosesinin birinci mərhələsindədir. ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsi hələ özü gələn həftə layihəni Konqresə göndərməzdən əvvəl onu qiymətləndirəcək .

Məsələ ondadır ki, Azərbaycan Ermənistan sərhədinin Tovuz rayonu hissəsində iyulun 12 də baş verən hərbi təxriatdan sonra Azərbaycan haqqlı olaraq genişmiqyaslı əməliyyatlara başlaması haqqında mesajlar verir.

Ermənistanın Tovuzda etdiyi hərbi təxribatı Azərbaycanın son illər söylədiyi bir reallığı təsdiqlədi. ATƏT-in Minsk qrupu və həmsədrlərinin vasitəçiliyi nəinki Dağlıq Qarabağ konfliktin nizamlanmasında, hətta tərəflər arasında geniş miqyaslı hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq üçün belə yararsızdır.

ATƏT-in Minsk Qrupu vasitəçili tarixində bir neçə dəfə nizamlanma prosesinə Türkiyə və İranın qoşulması təşəbbüsləri olsa da bu fikir ATƏT-in Minsk Qrupunun digər üzvləri tərəfindən müsbət dəyərləndirilmədi.

Tovuz hadisələrindən sonra isə Azərbaycan Türkiyə hərbi təlimlərinin keçirilməsi fonunda kongresə təqdim olunan bu sənəd Ermənistanın narahatlığının ifadəsidir.

Bunu həm də Ermənistanın ənənəvi adəti kimi, son hərbi təxribatın günahini öz özürəindən atması cəhdi kimi qəbul etməliyik.

Lakin burda ən təhlukəli məqam Tovuz hadisələrindən sonra Azərbaycanın atacağı addımları ABŞ ın kəşfiyyat imkanları hesabına izlənməsi kimi hiyləğər təşəbbüsdür.

Qanun layihəsinin qəbul olunması haqqında ilkin rəyim ondan ibarətdir ki, qanunvericilik təqdim olunan şərtlərdə qəbul olunmayacaq. Bir neçə dəfə korrektələrə məruz qalacaq. Birinci korrektə Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində hələ kongresə göndərməmişdən öncə, ardınca konqresdə, daha sonra isə senatda müəyyən korrektələrə məruz qalacağı qaçılmazdır.

Qanun layihəsinin koqresdə və senatda müxtəlif mətnlər altında v ədeməli müxtəlif məzmunda keçməsi əsası ilə ABŞ prezidenti tərəfindən imzalanmayacaq.

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

01.08.2020