Bakıda kişini döyüb tanınmaz hala saldılar

2 Avqust 2020 16:38 (UTC+04:00)

Bakıda döyülmə hadisəsi baş verib.

AzNews.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Əliyev Camal Fərhad oğlu qonşusu tərəfindən döyulərək ağır bədən xəsarətləri alıb. Başından aldığı zərbə ilə qan itirən və sifəti tanınmaz hala düşən yaralı təcili yardımın köməyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun üz və təpə-ənsə nahiyəsində çoxsaylı zərbələr aşkarlanıb.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.