İranda daha 208 nəfər Covid-19-dan dünyasını dəyişdi

2 Avqust 2020 18:11 (UTC+04:00)

İranda koronavirusdan dünyasını dəyişənlərin sayı daha 208 nəfər artaraq 17 190-a yüksəlib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, İranın Səhiyyə nazirinin sözçüsü Sima Sədat Lari dövlət televiziyasına açıqlamasında daha 2 685 nəfərdə isə virus aşkarlandığını bildirib. Bununla da ölkədə ümumi yoluxma sayı 309 437 nəfər olub.

Virusa yoluxanlardan 4089 pasiyentin vəziyyətinin ağır olduğunu deyən Lari sağalanların sayının 268 102-yə yüksəldiyini qeyd edib.