ABŞ-da növbəti erməni təxribatı

2 Avqust 2020 19:07 (UTC+04:00)

Ermənilər ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC döyüşündə növbəti dəfə təxribata əl atıb.

AzNews.az-ın məlumatına görə, ABŞ-ı təmsil edən erməniəsilli döyüşçü Edmun Şahbazyan rinqə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxıb. Derek Brunsonla döyüş zamanı qondarma rejimin bayrağı rinqdə asılı qalıb.

UFC kimi nüfuzlu təşkilatın belə təxribata göz yumması birmənalı qarşılanmayıb.

Qeyd edək ki, qarşılaşma Brunsonun qələbəsilə başa çatıb.