Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı

2 Avqust 2020 23:43 (UTC+04:00)

İsveçrə vətəndaşları üçün Rusiya ərazisinə giriş məhdudiyyətləri aradan qaldırılıb.

AzNews.az bildirir ki, müvafiq qərarı Rusiyanın Baş Naziri Mixail Mişustin imzalayıb. Sənəd hökumətin saytında yerləşdirilib.

Girişə avqustun 1-dən icazə verilir. Rusiyaya hava nəqliyyatı ilə gəlmək olar.

Qarşılıqlı əsasda İsveçrə ilə hava əlaqəsi avqustun 15-dən bərpa olunmalıdır: uçuşlar həftədə bir dəfə Moskva-Cenevrə-Moskva marşrutu üzrə yerinə yetiriləcək.