Əfqanıstanda həbsxanaya terror hücumu - 11 ölü, 42 yaralı

3 Avqust 2020 10:27 (UTC+04:00)

Əfqanıstanın Cələlabad şəhərindəki bir həbsxanaya partlayıcı qurğu quraşdırılmış avtomobillə hücum təşkil olunub.

AzNews.az Əfqanıstan mətbuatına istinadən xəbər verir ki, 3 ayrı partlayışın baş verməsi nəticəsində 11 nəfər həlak olub, 42 nəfər isə yaralanıb. Partlayışdan sonra bölgədə atışma səsləri eşidilib.

Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.