Qadınların və kişilərin fərqi - MARAQLI

2 İyun 2013 16:46 (UTC+04:00)


Biz informasiya qəbulu və bu informasiyaların ayrı-ayrılıqda analizində belə fərqlənirik. Biz hərəkət edirik və bizim prioritetlərimiz də müxtəlif olur.

Kişilər məntiqli və praktiki olurlar. Qadınlar isə həssas, emosianal, səmimi olurlar. Qadın beyninin imkanları onlara bir neçə işi eyni anda etməyə imkan verir. Kişi beyninin konfiqurasiyası isə bunu bacarmır.

Alimlər qadınların kimyəvi müxtəlifliyini belə təsdiqləyiblər

Bəzi elementlər qadınların orqanizmində müxtəlif miqdarda olur. Məsələn, maqnezium, civə, xlor, yoddan əlavə qadınların saçlarında qızıl 5 dəfə artıqdır. Cinslərin hansının daha çox ağıllı olması sualında isə alimlər arasında fikir birliyinə hələ ki, gəlinməyib. Kişilərin beyni qadın beynindən 200 qram artıqdır. Amma bu əlbətə ki, intellektə təsir etmir. Beynin ağırlığı bədən çəkisindən aslı deyil. Beyni ağırlaşdıran, onun inteqrasiya qəbul edən şöbəsidir. Bu sahənin böyüməsi beynin bir neçə şeyi eyni anda düşünməyə imkan verir.

Fərqlər doğulan gündən müşahidə olunur. Kişi beyni görmə mərkəzindən inkişaf edir. Qadınların yetkinləşməsi isə eşitmə mərkəzindən inkişaf edir. Ona görə də, qadınlar əhatələrini səs tonu və intonasiyadan qəbul edir.

Kişi və qadın bir-birilərindən fizialoji cəhətdən də fərqlənirlər

Kişi harmonu testosteron cinsi yetkinlik zamanı əmələ gəlib və bütün həyatları boyu faliyyət göstərir və orqanizim onun hər hansı bir miqdarına adaptasiya edir. Qadın harmonu olan estrogenin səviyyəsi isə aybaşı dövründən asılı olaraq dəyişir. Dövrün ilk başlancığında estrogenin kütləvi çoxalması, qadına vəziyyəti analiz etməyə və fikirləşməyə mane olur. Dövrün ikinci mərhələsində isə hormon azalmağa başlayır. Bununla da əhval- ruhiyyə və iş qabliyyəti aşağı düşür. Bu cür sabitsizliklər qadınları klimaksa aparır. Bəlkə bu səbəblərə görə də, Nobel lauriyatları arasında qadınların sayı azdır.

Cinsi davranış da fərqli olur. Müxtəlif təbii mexanizmlər, bədənin hormanal məzmunu, ünsiyyət zamanı hormonların ayrılması prosesi də fərqlənir. Qadınlarda artan, kişilərdə isə artıb-enən olur. İntim yaxınlıq zamanı hormon vasopressi qadınlarda uşaqlığı stimulyasiya edir. Kişilərdə isə hormonun artması, onların ağlını başlarından çıxarır və demək olar ki, komatoz halına salır, sonra isə rahatlaşdırmaq halına gətirir. Qadın isə kişidən fərqli olaraq hormonun pik vaxtinda nəvaziş və sevgi istəyir.

Qadın və kişi arasında olan fərqə baxmayaraq, bizlər bir-birimizin xoşuna gəlirik. Biz bir olan zaman güclüyük, güclülük və zəriflik, ağıl və ürək, məntiq və intuisiya hamısı bir arada daha gözəl deyilmi?//xezerxeber//

AzNews.az