Çimərliklərdəki hovuzlar işləməyəcək

3 Avqust 2020 20:54 (UTC+04:00)

"Çimərliklərdə hovuz və su attraksionlarının fəaliyyətinə icazə verilmir".

AzNews.az-ın verdiyi xəbərə görə, bunu ASAN Xidmətin sədri Ülvi Mehdiyev deyib:

"Çimərliklərdə fəaliyyət göstərən iaşə obyektləri də yerində xidmət göstərə bilməz, onlar yalnız çatdırma edə bilərlər. Musiqili əyləncə tədbirlərinin də keçirilməsi qadağandır".