“Azərbaycan İran üçün təhlükədir”- Prezidentliyə namizəd

2 İyun 2013 17:20 (UTC+04:00)



İranda prezidentliyə namizəd Həsən Ruhani Azərbaycanı İran üçün təhlükə olduğunu bildirib. Arannews xəbər verir ki, namizəd İran diplomatiyası barədə danışarkən əsas diqqətini Azərbaycan və Türkiyəyə yönəldib: "Azərbaycan Respublikası təhlükəsizlik riskinə çevrilib". Türkiyənin regionda ambisiyaları bizim üçün problem yarada bilər. Ona görə də bu ölkələrdə baş verən hadisələr diqqətlə izlənilməli və qarşılıqlı olaraq, əsasən də ortaq sərhədlərdə lazımı tədbirlər görülməlidir".

H. Ruhani Azərbaycanın İrana qarşı münasibətindən də danışıb: "Digər şimal qonşular da İranın durumunu dərk edərək öz münasibətlərini qərblə möhkəmləndirməyə çalışırlar. Onlar müxtəlif dərəcələrdə İrandan uzaqlaşıblar ki, qərblə münasibətlərində problem yaranmasın. Bu ölkələr arasında mübaliğə etmədən demək olar ki, Azərbaycan Respublikası İran üçün təhlükəsizlik riskinə çevrilib".

H. Ruhani bəzi dövlətlərin İranda etnik təfriqələr yaratmağa çalışmalarına da işarə edərək deyib: "Etnik hərkətlər xarici dövlət və qrupların dəstəyi ilə bu qeyri-normal vəziyyətə kömək edir".

Elnarə
AzNews.az