Zidan dünyanın ən yaxşı baş məşqçisi seçildi

4 Avqust 2020 15:30 (UTC+04:00)

Fransa qəzeti bu ada İspaniya "Real Madrid"inə başçılıq edən Zinəddin Zidanı layiq görüb.

Fransalı mütəxəssisi İngiltərənin "Liverpul" klubunun almaniyalı baş məşqçisi Yurgen Klopp izləyir. İlk "3-lüy"ü isə "Mançester Siti"nin sükanı arxasında olan Xosep Qvardiola tamamlayır.

Qeyd edək ki, "Real Madrid" 2019/2020 mövsümündə Zinəddin Zidanın rəhbərliyi altında La Liqanın qalibi olub. "Kral klubu" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda isə evdə "Mançester Siti"yə 1:2 hesabı ilə uduzub. (Report)

AzNews.az