Beyrutda ard-arda güclü partlayışlar olub

4 Avqust 2020 22:54 (UTC+04:00)

Livanın paytaxtı Beyrutda ard-arda partlayışlar olub.

AzNews.az “Al Arabiya”ya istinadən xəbər verir ki, hadisə nəticəsində səmada böyük qara tüstü ortaya çıxıb.

Partlayış episentrinə yaxın olan binaların şüşələri dağılıb.

Bildirilib ki, partlayış nəticəsində azı 1 nəfər ölüb.