BMT-dən Beyrutdakı partlayışla bağlı açıqlama

4 Avqust 2020 23:39 (UTC+04:00)

BMT rəhbərliyi Livanın paytaxtındakı güclü partlayışın təsadüfi insident və ya diversiya olduğunu hələ bilmir.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bunu qurumun nümayəndəsi Fərhan Hak deyib.

Nümayəndənin sözlərinə görə, onlarda məhz nəyin baş verməsi, buna nəyin səbəb olması, bu insidentin təsadüfi və ya süni qurulması ilə bağlı məlumat yoxdur.