Daha 288 erməni yoluxub

5 Avqust 2020 11:15 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 288 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bu günədək Ermənistanda 768 nəfər koronavirusdan ölüb, 7 968 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

AzNews.az