Bu il 5 prokurorluq işçisi vəzifədən çıxarılıb - 1 nəfərə şiddətli töhmət verilib

5 Avqust 2020 17:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev məlumat verib.

O bildirib ki, hesabat dövründə xidməti fəaliyyətlərində qanun pozuntusu hallarına yol vermiş 10 prokurorluq işçisi barədə xidməti yoxlamalar aparılaraq, intizam məsuliyyətinə cəlb olunublar: “Onlardan 3 nəfərə töhmət, 1 nəfərə şiddətli töhmət verilib, 5 nəfər vəzifədən azad edilib, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib”.