Braziliyada koronavirusdan ölənlərin sayı 97 mini ötüb

6 Avqust 2020 08:21 (UTC+04:00)

Braziliyada son sutka ərzində 57 152 nəfər koronavirusa yoluxub.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkə ərazisində virusa yoluxanların sayı 2 859 073-ə çatıb.

Nazirliyin məlumatında qeyd olunub ki, son sutka ərzində 1 437 ölüm faktı qeydə alınıb. Ümumilikdə vəfat edən xəstə sayı isə 97 256-dır.

Pərvanə