Məşhur aktrisa çəkiliş zamanı yaralandı

6 Avqust 2020 16:45 (UTC+04:00)

Mujdat Kavasın rejissoru olduğu "19" qısametrajlı filmi üçün kamera qarşısına keçən almaniylı aktrisa Vilma Elles yaralanıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki,çəkiliş zamanı qəza nəticəsində sol qolu əzilmiş və əlində çatlaq olan aktrisa ağrıya baxmayaraq çəkilişi dayandırmayıb.

Covid-19 xəstəliyinin müalicəsini tapan alimin qorunmasına cavabdeh agent rolunu oynayan Elles, son görüntülərini qolunda olan sarğılarla çəkib.

Səidə Vahid

AzNews.az