Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

6 Avqust 2020 23:11 (UTC+04:00)

Fransanın Havr şəhərindəki banklardan birində silahlı kişi bir neçə nəfəri girov götürüb.

AzNews.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, o, 2 saatdan çoxdur binada 5 nəfəri girov saxlayır. O, girovları azadlığa buraxmaq üçün çoxsaylı tələblər irəli sürüb. Lakin həmin tələblərin nədən ibarət olduğu açıqlanmır.

Əraziyə polis əməkdaşları cəlb edilib və təhlükəsizlik tədbirləri görülüb.