Doğum şöbəsində ölüm faktı - Abşeronda

2 İyun 2013 21:15 (UTC+04:00)
Bu gün Abşeron rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ölüm faktı qeydə alınıb.


APA-nın məlumatına görə, iyunun 1-də günorta saatlarında doğum şöbəsinə daxil olan 23 yaşlı hamilə qadın bu gün günorta qanaxma nəticəsində dünyasını dəyişib.

Xəbərə görə, xəstəxananın şöbə müdiri Nailə Əzizovanın xəstəsi olan gənc qadın uşaqlığının partlaması nəticəsində ölüb.

Hazırda hadisə yerində olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşları faktı araşdırır.


AzNews.az