"Fənərbaxça"ya rus futbolçu iddiası

7 Avqust 2020 11:45 (UTC+04:00)

Transfer mövsümü başlayandan sonra komandalardakı işlər sürətlənib. İddiaya görə, rusiyalı futbolçu Fedor Smolovun adı "Fənərbaxça" ilə birlikdə hallanmağa başlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rusiyalı hücumçuya "Fənərbaxça"dan təklif gəlib.

Qeyd edək ki, Fyodor Mixayloviç Smolov 9 fevral 1990-cı ildə Saratov şəhərində anadan olub. Rusiya Premyer Liqa komandalarından biri olan "Lokomotiv Moskva" da hücumçu mövqeyində oynayır.

Səidə Vahid

AzNews.az