Kənd Təsərrüfatı Nazirliyinə aparat rəhbəri təyin edilib

7 Avqust 2020 15:49 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev qurumun aparat rəhbəri təyin edilib.

AzNews.az xəbər verir ki, o, 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb. 2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

R.Quliyev ölkə prezidentinin 22 iyun 2009-cu il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Ailəlidir, 4 övladı var.

Kənd Təsərrüffatı Nazirliyindən məlumatı təsdiqləyiblər.