Misirdə bina çöküb, xeyli sayda insan ölüb

7 Avqust 2020 18:43 (UTC+04:00)

Misirdə yaşayış binasının çökməsi nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər ölüb.

AzNews.az “Al-Masry Al-Youm” qəzetinə istinadən xəbər verir ki, hadisə Əl-Məhəllə-əl-Kübra şəhərində baş verib.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Dağıntılar altından 2 nəfəri xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.