Göyərtəsində 174 sərnişin olan təyyarə qəzaya uğradı

7 Avqust 2020 21:54 (UTC+04:00)

Hindistanda göyərtəsində 174 sərnişin olan təyyarə qəzaya uğrayıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, qəza zamanı təyyarədə 6 heyət üzvü olub.

Dubaydan uçan təyyarə Hindistanın Kerala ştatının Kəlkətə hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.

Hava yollarının sözçüsü bildirib ki, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yerli media isə ən azı 40 adamın yaralandığını yazır.

Xilasetmə və təcili yardım qüvvələri qəza baş verən yerə gəlib. Qəza nəticəsində ölənlərin olub-olmadığı hələlik məlum deyil.