13 yaşlı oğlan dənizdə batdı

7 Avqust 2020 23:56 (UTC+04:00)

Bakıda 13 yaşlı oğlan dənizdə batıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonu, Bilgəh qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2007-ci il təvəllüdlü İbadov Ruslan Adil oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.