Ərdoğanın evinin mühafizəsi gücləndirilib

3 İyun 2013 06:57 (UTC+04:00)
Türkiyədə ara verilmədən keçirilən etiraz aksiyalarından sonra baş nazir Rəcəb Tayyib Ərdoğanın evinin mühafizəsi gücləndirilib.

Türkiyə mətbuatının məlumatına görə, baş nazirin Ankara Keçiörəndəki iqamətgahına bir qrup yürüyüb. Polis qrupun yürüşünü dayandıraraq evin ətrafındakı təhlükəsizlik tədbirlərini artırıb.

Hadisə gecə saatlarında baş verib. Baş nazirin evinə doğru yürümək istəyən 50 nəfərlik qrupa qarşı zor tətbiq olunub.

Cihangir küçəsində qrupun qarşısı kəsilib və küçə uzun müddət nəqliyyatın üzünə bağlanıb.

Bundan başqa Nazirlər kabinetin qoruma dairəsinin əməkdaşları də baş nazirin evinin qarşısına gətirilib.


Elnarə
AzNews.az