Beyrutdakı partlayışa görə 19 nəfər saxlanılıb

8 Avqust 2020 12:10 (UTC+04:00)

Beyrut limanında baş verən partlayışla bağlı Livan hüquq-mühafizə orqanları tərəfindən 19 nəfər saxlanılaraq nəzarətə götürülüb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bundan əlavə gömrüyün keçmiş baş direktoru Şafik Merhiyə qarşı da istintaqın başlandığı bildirilib.

Livan İnformasiya Nazirliyinin rəhbəri Manal Abdel Səməd həbs məlumatlarını təsdiqləyib. Nazirin sözlərinə görə, saxlanılanlar arasında paytaxt limanının administrasiyasının keçmiş və indiki vəzifəli şəxsləri də var.

"İstintaqımız nəticə verməsə, Nazirlər Şurasında beynəlxalq istintaqın başlanması məsələsini qaldıracağıq",- deyə nazir qeyd edib.