Kafe-restoranlar avqustun 17-dən açıla bilər

8 Avqust 2020 11:45 (UTC+04:00)

Kafe-restoranlar avqustun 17-dən açıla bilər.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, avqustun 17-si ərəfəsində kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilməsi müzakirə olunur:

"Ondan bir həftə sonra isə rayonlara gediş-gəlişin açılması müzakirə olunur. Hələlik bu barədə qərar yoxdur".