“Metronun açılması hələ müzakirə olunmur”

8 Avqust 2020 12:49 (UTC+04:00)

"Metronun açılması hələ müzakirə olunmur".

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, metroda virusun yayılması ehtimalı çox olduğu üçün onun qeyri-müəyyən müddətə bağlanması məcburidir:

"Ona görə də metronun açılması hələ müzakirə olunmur".