Xəzərdə zəlzələ olub

9 Avqust 2020 09:56 (UTC+04:00)

Avqustun 9-da Xəzər dənizində maqnitudası 3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 00:43-də qeydə alınıb.

Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.