İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı

9 Avqust 2020 16:10 (UTC+04:00)

Türkiyədə İstanbulun Sarıyer rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, bu barədə “CNN Turk” xəbər verib.

Qəza nəticəsində avtobus sürücüsü də daxil olmaqla 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, yanğınsöndürən və polis maşınları cəlb olunub. Xəsarət alanlardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.