İran-İraq sərhədində güclü zəlzələ

9 Avqust 2020 17:43 (UTC+04:00)

İran-İraq sərhədində 5 bal gücündə zəlzələ olub.

AzNews.az bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri İraqın paytaxtı Bağdaddan 121 km şimali-şərqdə, ocağı isə 48 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.