Beyrutda yenidən toqquşmalar başlayıb

9 Avqust 2020 22:24 (UTC+04:00)

Bu gün Livan paytaxtında aksiyaçılarla güc strukturlarının əməkdaşları arasında yenidən toqquşmalar başlayıb.

AzNews.az-ın “Al Jazeera” telekanalına istinadən verdiyi məlumata görə, toqquşmalar Beyrutda parlament binası yerləşən rayonda müşahidə olunur.

Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.