Türkiyədə koronavirusla bağlı son vəziyyət

9 Avqust 2020 23:29 (UTC+04:00)

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

AzNews.az xəbər verir ki, son sutkada 15 nəfər Covid-19-dan dünyasını dəyişib. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 844 nəfərə çatıb.

Son 24 saatda ölkədə 1 182 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 240 804 nəfərə çatıb.

Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 223 759-dur.