Bu detoksla ağciyərləriniz 3 gündə tər-təmiz olacaq

10 Avqust 2020 15:00 (UTC+04:00)

Çirkli hava və müxtəlif kimyəvi maddələr ağciyərlərdə toksin yığılmasına səbəb ola bilər. Ağciyərlərinizə müsbət təsir göstərəcək qarışığı sınamaqla toksinləri təmizləyə bilərsiniz.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ağciyərlərinizdə detoks təsiri yaradacaq bu qarışımı istifadə etməzdən əvvəl diqqət etməli olduğunuz məqamlar var:

Detoksdan 2 gün əvvəl süd və süd məhsullarını qəbul etməyi dayandırmalısınız. Bu hazırlıqdan iki gün sonra detoksifikasiyaya başlaya bilərsiniz.

• Səhər yeməyindən əvvəl: 2 limonun suyunu 300 ml isti suya sıxın və bu suyu için. Bundan sonra 300 ml qreyfrut suyu və ya ananas suyu içmək lazımdır. Qreyfrut və ananas suyu tərkibindəki antioksidanlar sayəsində tənəffüs sisteminə müsbət təsir edəcəkdir

. • Səhər yeməyi üçün: 300 ml yerkökü suyu için. Yerkökü suyu qanın alkaliz edilməsinə kömək edəcəkdir.

• Nahar: 400 ml ərik, banan və ya armud suyu içmək lazımdır. Bu meyvələr kaliumla zəngindir.

• Yatmazdan əvvəl: 400 ml qaragilə suyu için. Mavi şirəsi olan qaragilə ağciyərlərdə infeksiyaya səbəb ola biləcək bakteriyaları məhv edir.

Detoks zamanı gündə 20 dəqiqə isti vanna qəbul edin. Çünki bədəndəki toksinlər tərlə də aradan qaldırıla bilər. Detoks 3 gündən çox edilməməlidir.

Bundan əlavə, detoksa başlamazdan əvvəl həkiminizlə məsləhətləşməyiniz yaxşı olar.

Səidə Vahid

AzNews.az