Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.
AzNews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün “Əlincə Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.
64 yaşlı baş məşqçi COVİD-19 testi verib və analizinin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.
C. De Byazi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.