Qeyts dünyanın koronavirusdan qurtulacağı tarixi açıqladı

10 Avqust 2020 22:10 (UTC+04:00)

Koronavirus pandemiyasını yalnız iki il yarım sonra dayandırmaq mümkün olacaq.

AzNews.az bildirir ki, bu barədə “Microsoft”un təsisçisi Bill Qeyts “Wired”ə müsahibəsində deyib.

“Məndə belə təəssürat yaranır ki, biz, zəngin dünya, əsasən, 2021-ci ilin sonuna bunun öhdəsindən gələcəyik, bütövlükdə dünya isə bunu 2022-ci ilin sonuna qət edəcək”, - Qeyts qeyd edib.

Eyni zamanda, milyarderin sözlərinə görə, pandemiya malyariya, poliomielit və HİV ilə mübarizə aparmaq üçün dərman axtarışında irəliləyişi əhəmiyyətli dərəcədə yavaşlayıb.

“2020-ci ilin əvvəlində olduğumuz vəziyyətə qayıdacağımıza qədər illər ötəcək. Bu, Birinci və İkinci Dünya müharibələri deyil, lakin bütün sistem üçün mənfi hadisələrin miqyası müqayisə edilə bilər”, - Qeyts deyib.