İsmət Abbasov sakinlərlə görüşəcək

3 İyun 2013 08:24 (UTC+04:00)
Kənd Təsərrüfatı naziri İsmət Abasov Quba rayonunda vətəndaşlarla görüşəcək.

İsmət Abasov iyun ayının 14-də saat 11:00-da Quba rayonunda Quba Regional Aqrar Elm Mərkəzinin inzibati bainasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili Quba Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək. Əlaqə telefonu: (050) 636-09-09, (02333) 5-19-50

AzNews.az