"Demokratik" ABŞ niyə mənə ban tətbiq edib?

11 Avqust 2020 23:58 (UTC+04:00)

ABŞ 2016-cı ildən məni qara siyahıya daxil edib. Səbəbi isə mənim ATƏT DTİHB Varşavadakı ilik toplantısında BMT Paktlarının qüvvəyə minməsinin 40 illiyi ilə bağlı etdiyim çıxış, bu çıxışdan sonra ABŞ səfirinin mənimlə bağlı təhqiramiz çıxışına cava çıxışım olub. Mən tam legitim bir tənqidi çıxış etmişdim. Amma səfir buna görə Tvitterdə məni təhqir etdi və sonra növbədənkənar söz alaraq çıxış edib guya məni təkzib etmək istədi. Arqumenti nə olsa yaxşıdır? Bu şəxs ABŞ-dan qrant alıb və onu tənqid edir.

Çıxışlar burdadır. Həvəsi olan oxuya bilər.

Sahib Məmmədov
Working session 2 (specifically selected topic): The international covenants on human rights and their importance for the OSCE human dimension-20 September 2016

Mən fikirləşirdim ki, hörmətli məruzəçi BMT-nin paktlarını və nəzərət mexanizminə malik olan insan hüquqlarına dair digər Konvensiyalarını rədd edən və ona qoşulmamaqda davam edən dövlətləri kəskin tənqid edəcəkdir. Təssüf ki, bu baş vermədi. Mən cəhd edəcəm ki, 4 dəqiqə ərzində bunu heç olmasa bir nümunədə edim.

Bu il BMT-nin Mülki və Siyasi Hüquqlara Dair Beynəlxalq Paktinın və İqtisadi, Sosial Və Mədəni Hüquqlara dair Beynəlxalq Patının qəbul olunmasının 50, ratifikasiya səslərinin toplayıb qüvvəyə minməsinin 40 ili tamam olur. Biz burada bunu qeyd edirik. Halbuki bəşəriyyət bu sənədlərin qəbulunun 70 illiyini də keçirə bilərdi. Əgər Birləşmiş Ştatlar buna mane olmasaydı. 60-cı illərin sonuna qədər ABŞ-da rəsmi irqi seqreqasiya mövcud olub və aparteid dövlət siyasətinin əsasını təşkil edib. Ona görə də ABŞ Paktların qəbul olunmasını istəmirdi və buna hərtərəfli mane olurdu. Paktlar qüvvəyə mindikdən sonra isə ABŞ onları iqnor etməkdə davam edirdi. Yalnız 1992-ci ildə ABŞ məcburiyyət qarşısında Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktı ratifikasiya etdi, lakin onun hər iki Fakultətiv Protokoluna qoşulmadı.
ABŞ BMT-nin digər nəzarət mexanizmləri olan Konvensiyalarını və onlara əlavə olunan Protokolları iqnor etməkdə davam edir.

Əgər Azərbaycanla müqaisə etsək, Azərbaycan BMT-nin 9 nəzarət mexanizmi olan Pakt və Konvensiyalarından 8-ni, bu Pakt və Konvensiyalara əlavə olunan 9 protokoldan 8-ni ratifikasiya etmişdir. Azərbaycan BMT-nin müqavilə orqanlarına fərdi şikayət prosedurları qəbul etmişdir və bu kvaziməhkəmə mexanizmlərinə şikayət mexanizminə qoşulmuşdur. Əlavə olaraq Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası altındadır.
ABŞ bcə 9 Pakt və Konvensiyadan yalnız 3-nə tərəfdar çıxmış və 9 Protokoldan ikisinə qoşulmuşdur, yəni 18 sənəddən yalnız 5-nə. ABŞ heç bir Beynəlxalq Məhkəmənin və ya kvazi məhkəmələrin kompitensiyasını qəbul etmir. Nəinki qəbul etmir, həm də İnteramerika İnsan Hüquqları sistemini və Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini iflic edib.
ABŞ 1919-cu ildən Beynəlxalq Əmək Təşkilatının üzvüdür və bu müddətdə onun 200-dən artıq Konvensiyasından cəmi 8-ni, onun 8 əsas Konvensiyasından isə yalnız ikisini ratifikasiya etmişdir. Cəmi 8 Konvensiya. Müqaisə üçün deyim ki, Azərbaycan BƏT-in 8 əsas Konvensiyasının hamısını və əlavə olaraq daha 55 Konvensiyasını ratifikasiya edib.

Bütün bunlara baxmayaraq ABŞ utanmadan bütün dövlətlərdən insan hüquqlarına dair beynəlxalq standartlara əməl etməyi tələb edir.
Heç kəsə sirr deyildir ki, bu mexanizmlər ABŞ ona görə lazım deyil ki, özündə tətbiq etsin, ona görə lazmdır ki, ondan öz məqsədlərinə çatmaq üçün başqa dövlətlərə qarşı təzyiq aləti kimi istifadə etsin.
Bu baxımdan Çin daha səmimidir. O bu mexanizmləri qəbul etmir, amma bunu başqalarından da tələb etmir və bu mexanizmlərdən öz məqsədlərinə çatmaq üçün alət kimi istifadə etmir.
ABŞ öz vətəndaşların BMT-nin İrqi ayrı-seçkiliyin Ləğvi Komitəsinə müraciət hüququnu tanımır. BMT İnsan Hüquqları Şurasının heç bir Xüsusi Məruzəçisini ölkəyə buraxmır.
Müqaisə üçün deyim ki, Azərbaycan bütün xüsusi məruzəçilərin mandatını tanıyır və onların ölkəyə gəlişinə heç bir maneə yoxdur.
Yeri gəlmişkən deyim ki, ötən il bu tədbirdə BMT İnsan Hüquqları Şurasının hüquqmüdafiəçiləri üzrə xüsusi məruzəçisi Mişel Forstta Azərbaycana niyə gəlməməsi ilə bağlı sual verəndə o demişdi ki, ona icazə vermirlər. Bu doğru deyildi. Mişel Forst hazırda Azərbaycandadır və bura gəlməzdən öncə mən onunla hüquqmüdafiəçilərinin vəziyyətini müzakirə etmişəm. Cənab Forsa Azərbacanda onun mandatına daxil olmayan məslılər üzrə də tam şərit yaradılıb. Ona məhkumlarala, o cümlədən istintaq altında olanlarla görüşmək üçün şərait yaradılıb.

Mən buradan qayıtdıqdan sonra Cenevrəyə, BMT İnsan Hüquqları Komitəsinin 118-ci Sessiyasında İştirak etmək üçün gedəcəm. Azərbaycan komitətə özünün dövri hesabatını təqdim edib və bizm təşkilat da bu hesabata alternativ hesabat hazırlayaraq təqdim edib. Mən Komitə üzvləri üçün keçirilən brifinqdə və sessiyada iştirak edəcəm.
Mən çox şadam ki, mənim ölkəmdə belə mexanizmlər var. Biz bütün müqavilə orqanlarına alternativ hesabatlar hazırlayırıq. Azərbaycanla bağlı, bəzən isə başqa dövlətlərlə bağlı. Mən çox istərdim ki, ABŞ-la bağlı da hesabatlar hazırlayaq. Təssüf ki, bü mümükün deyil. Çünki ABŞ bu mexanizmləri rədd edir.

ABŞ rəsmi nümyanədəsinin çıxışımla bağlı cavab nitqi ilə bağlı çıxışım.
İkinci panel

Fundamental hüquq və azadlıqlar vacibdir, amma biz bunlara daha çox diqqət yetirməklə İqtisadi, sosila və mədəni hüquqları unuduruq. Bu baxımdan mən məruzəçiyə və təşkilatçılara təşəkkür edirəm ki, ikinci paneldə məhz bu hüquqlardan danışdı.
Əlbəttə mən də çıxışımı bu hüquqlara, xüsusən də Azərbaycanda Transmilli Şirkətlərdə sosial hüquqların pozulmasından və buna hökumətin biganə münasibətindən danışmaq istərdim.
Amma mən məcburam ki, ABŞ rəsmi nümayəndə heyəti rəhbərinin tanımadığı şəxs barədə təhqiramiz çıxışına reaksiya verəm.
Mən öz çıxışımda yalnız quru statistikası səsləndirdim, hansını ki, BMT İnsan Hüquqları üzrə Ali Komissarının rəsmi veb səhifəsindən əldə etmişdim. Bir də demişdim ki, ABŞ insan hüquqları ilə bağlı beynəlxalq mexanizmləri dağıdır.
Burada nə düz deyildi? Məgər ABŞ dünyanın 140 ölkəsi ilə Beynəlxalq Cinayət Məhkəməsinin ona münasibətdə kompitensiyasının tanımamasına dair müqavilə bağlamayıb? Məgər ABŞ İnsan hüquqları üzrə İnteramerika sistemini iflic etməyib?
Bunlara cavabınız varmı? Əlbəttə yoxdur. Bunun əvəzində mənə böhtan atırsız.
Mən öz çıxışımda demədim ki, bu mexanizmlərə qoşulanlar onlara tam əməl edir. Bütün dövlətlər pacta sunt servanda prinsipini pozur. Əksinə dedim ki, biz dövlətimizin 4-cü dövrü hesabatına alternativ hesabat hazırlamışıq. Biz bütün müqavilə orqanlarına alternativ hesabatlar hazırlayırıq və gedib Cenevrədə sessiyalarda iştirak edirik. Siz istəsəniz BMT İnsan Hüquqları üzrə Ali Komissarın saytına daxil ola bilərsiz. Orada bizim təşkilatın 15 alternativ hesabatı var.
Mən Sizə daha bir sənədi nümayəş etdirim. Bu sənədddə Mənim təmsil etdiyim təşkilatın Azərbaycana qarşı Avropa Məhkəməsinə təqdim etdiyi şikayətlə bağlı Məhkəmənin qənaəti əks olunub. Bizim QHT vaxtilə piket keçirilməsinə mane olduğuna görə dövlətə qarşı məhkəmə açmış və ölkədaxili mexanizmləri keçərək Avropa Məhkəməsinə müraciət etmişdir. Toplaşma azadığı hökumət üçün həssas məslə olsa da mənim dövlətim Strasburqa məktub yazaraq təşkilatın Konvensiyada əks olunan hüququnun o zaman pozulduğunu etiraf edir.
Siz məni GONGO adlandırmaqla əslində Azərbaycan hakimiyyətinə böyük kompilment edirsiz. Əgər hətta GONGO hökumətə qarşı Avropa Məhkəməsinə şikayətlər verirsə, əgər BMT müqavilə orqanlarına hökuməti tənqid edən hesabatlar təqdim edirsə onda doğrudan da Azərbaycan ABŞ-dan qat-qat demokratik ölkədir.
Bəli Azərbaycan hökumətinin başqa fikirə dözümü ABŞ-dakindan daha çoxdur və hətta QHT-lərə Avropa Məhkəməsinə şikayətlər vermək, BMT-yə alternativ hesabatlar təqdim etmək üçün qrantlar verir. Yeri gəlmişkən mən əmək haqqını hökumətdən yox BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından proqram üzrə ekspert olaraq alıram. Mən Həm də Beynəlxalq Miqrasiya Təşkilatının hüquqşünas ekspertiyəm və ordan əmək haqqı almışam.
Mən Sizin səfirliklə də əməkdaşlıq edirəm və İnsan hüquqları üzrə illik hesabatın hazırlanması üçün məlumatlar təqdim edirəm.

Fürsətdən istifadə edib Sizə GONGO-nun nə demək olduğunu da izah edim. GONGO odur ki, onu hökumət yaradır, hökumətdən birbaşa subsidiya alır və hökumətin sifarişini yerinə yetirir.
Siz misal kimi bir neçə ABŞ gəlirsiz təşkilatını misal göstərirəm. ABŞ Milli Demokratiya İnstitutu, Fredom House, Meredian House və s. Bunlar daha minlərlə QHT-lər sizin GONGO-lardır. Əgər dövlətə bağlı olan QHT-lər GONGO-dursa onda Sizin hökumətdən yardım alan və sizin sifarişləri yerinə yetirənlər kimdir? Siz yalnız ABŞ sifarişlərini yerinə yetirənləri müstəqil hesab edirsiz. Deyilmi?

Bir məsləni də deyim ABŞ ordusu Vyetnamı tərk edəndən sonra mən Sovet İttifaqının, yəni başa bir işğalçının 17-ci operativ donamasının tərkibində Cənubi Vyetnama daxil olmuşam və hələ o zaman ABŞ-ın necə demokrat olduğunun canlı şahidiyəm. Yüzlərlə yaşayış məntəqəsinin kimyəvi silahlarla yerlə-yeksan etməyinizi öz gözlərimlə görmüşəm.
Mənə bu çıxışı hökumət sifariş verə bilməzdi. Çünki indi Azərbaycanla ABŞ arasında münasibətlər yaxşıdır və Sizin səfir cənab Sekuta referendumla bağlı çox xoş sözlər söyləməkdədir.

Sahib Məmmədov