Bu rayona yeni DYP rəisi təyin edilib

12 Avqust 2020 16:00 (UTC+04:00)

Kürdəmir rayon polis şöbəsində kadr dəyişikliyi olub.

AzNews.az xəbər verir ki, bununla bağlı DİN-də müvafiq əmr imzalanıb.

Əmrə əsasən baş leytenant Zamiq Hökmulla oğlu Ağayev Kürdəmir rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinə rəis təyin olunub.

Qeyd edək ki, baş leytenant Zamiq Ağayev bu vəzifədən oncə Kürdəmir RPŞ-nin DYP bölməsinin baş inspektoru vəzifəsində çalışırdı.