Ukrayna MDB-nin daha bir neçə sazişindən çıxıb

12 Avqust 2020 17:15 (UTC+04:00)

Ukrayna MDB çərçivəsində imzalanmış daha bir neçə sazişdən çıxıb.

Bununla bağlı müvafiq qərarı bu gün Ukrayna Nazirlər Kabineti qəbul edib.

Ukrayna MDB dövlətlərinin sərhəd qoşunları üçün hərbi kadrların ixtisaslaşmasının təkmilləşdirilməsi və hazırlanması sahəsində əməkdaşlıq haqqında saziş, mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişdən çıxıb, habelə MDB Mədəni Əməkdaşlıq Şurası və MDB Sərhəd Qoşunları Komandanları Şurasını tərk edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna MDB-nin daha bir neçə sazişindən çıxıb.(APA)

AzNews.az