Beyləqanda ev yanıb

12 Avqust 2020 21:45 (UTC+04:00)

Beyləqan rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Beyləqan rayonunun Şahsevən kəndində ümumi sahəsi 75 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.