Qırğızıstanda zəlzələ baş verib

12 Avqust 2020 22:30 (UTC+04:00)

Qırğızıstanda 4,9 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 16:03-də qeydə alınıb.

Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanın Almatı şəhərindən 194 km cənub-qərbdə, Qırğızıstan ərazisində yerləşib.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Təkanlar hiss olunmayıb. (Trend)

AzNews.az